Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Hərbi ekspert Ədalət Verdiyev həbs edilib

Hərbi ekspert Ədalət Verdiyev həbs edilib

Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş, hərbi ekspert kimi tanınan Ədalət Verdiyev haqqında cinayət işi açılıb. 

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, o, Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. 

Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Bildirilir ki, Ə.Verdiyev işğaldan azad olunmuş ərazilərə ötən il noyabrın 22-də təşkil olunmuş mediaturda Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra onu sosial şəbəkə hesabında yayıb. Bununla da onun qulluq səlahiyyətlərindən istifadə etməklə dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib, məlumatda qeyd olunur. 

Ədalət Verdiyev daha çox hakimiyyətyönlü ekspert kimi tanınır. O, istər Qarabağ müharibəsi, istərsə də ölkənin müdafiə, hərbi sahədə gördüyü işlərlə bağlı hakimiyyəti birmənalı şəkildə dəstəkləyib. 

Editor

Related Posts