Milli Məclisin 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli monopoliyadan danışıb: “Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın inkişafına çox ciddi mane olur”.
Birinci24.com xəbər verir ki, deputat monopolistlərin müxtəlif üsullarla rəqiblərini sıradan çıxarmalarına diqqət çəkib: “Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar və fərqində deyillər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir.
Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir”, – deyə deputat bildirib.