Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər.

Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb. 

“Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, – etirazçılardan Kamran İbrahimov deyir. 

Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?”

Polis keçmiş hərbçiləri Prezident Administrasiyasının Nərimanovdakı qəbul şöbəsinə yönləndirib. Qəbulda onlara deyilib ki, problemləri həll ediləcək.

Editor

Related Posts