Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlı şahmatçını dünya çempionluğundan yarım xal ayırır

Azərbaycanlı şahmatçını dünya çempionluğundan yarım xal ayırır

İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionatı davam edir.

Qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva X tur çərçivəsində sloveniyalı Urh Zala ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 19 yaşlı şahmatçımız 30-cu gedişdə sülhə razılaşıb.

Bu nəticə ilə xallarının sayını 8,5-ə yüksəldən Gövhər liderliyini davam etdirir.

İkinci pillədə ondan bir xal geri qalan Qazaxıstan təmsilçisi Assel Serikbay qərarlaşıb.

Urh Zala isə 7 xalla üçüncüdür.

Gövhər Abdullayevaya çempion olmaq üçün son turda heç-heçə də kifayət edəcək.

Oğlanların yarışında isə Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla üz-üzə gəlib.

Yarışın lideri ilə görüşdən sülhlə ayrılan Abdulla 10 turdan sonra topladığı 7,5 xalla ikinci pillədə qərarlaşıb.

Kozakın isə 8 xalı var.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.

Editor

Related Posts