Naxçıvanlı 9 yaşlı məktəbli İstanbulda keçirilən “STEAM AHEAD- 2024” olimpiadasında qalib olub

Naxçıvanlı 9 yaşlı məktəbli İstanbulda keçirilən “STEAM AHEAD- 2024” olimpiadasında qalib olub

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Əsmənur Kərimli Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “STEAM AHEAD- 2024” olimpiadasının final mərhələsində iştirak edərək riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Əsmənur Kərimli 2024-cü ilin aprel ayında keçirilən SASMO- 2024 olimpiadasının qalibi kimi “STEAM AHEAD- 2024” olimpiadasına qatılıb.

Məlumat üçün bildirək ki, olimpiadanın final mərhələsində 21 ölkədən 1254 məktəbli iştirak edib.

Editor

Related Posts