Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Muxtar respublikada 1 oktyabr 2022-ci il tarixə nağdsız ödənişlərin həcmi 146 milyon 158 min 112 manat olub

Mövcud rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsi nəticəsində 1 oktyabr 2022-ci il tarixə muxtar respublika üzrə POS-terminal aparatlarının sayı 1689, ödəniş terminallarının sayı 180, bankomatların sayı isə 118 ədəd olub. 2022-ci ilin üçüncü rübündə 59 milyon 951 min 789 manat nağdsız ödəniş həyata keçirilib. Ümumilikdə 1 oktyabr 2022-ci ıl tarixə nağdsız ödənişlərin həcmi 146 milyon 158 min 112 manat olub ki, ödənişlərin 37 milyon 222 min 881 manatı POS-terminallar, 108 milyon 935 min 231 manatı isə internet və digər ödəniş vasitələri ilə aparılıb.

2022-ci ilin 3-cü rübündə özəl sektorda 2 vergi ödəyicisi üzrə 5 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib. Yeni yaradılan 2 publik hüquqi şəxs statuslu müəssisənin 4 obyektində ödənişlərin nağdsız qaydada qəbul edilməsi üçün POS-terminalların quraşdırılması həyata keçirilib.

Qeyd olunan dövrdə muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektlərində 222 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 141 min 579 manat, 722 vergi ödəyicisi tərəfindən isə şəxsi kartları vasitəsilə 325 min 422 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.

Həmçinin sahibkarlıq subyektləri və vətəndaşlarla maarifləndirici görüşlər keçirilib. Vətəndaşlara nağdsız ödənişlərin üstünlükləri, mobil bankçılıq və mobil tətbiqlər haqda məlumatlar verilib, “Nağdsız ödəyin, hədiyyə qazanın!” həvəsləndirici tədbirinin bukletləri paylanılıb.

admin

Related Posts