Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvanda ümumi daxili məhsul istehsalı 2,5 faiz artıb

Naxçıvanda ümumi daxili məhsul istehsalı 2,5 faiz artıb

Ötən il Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 539 milyon 514 min 500 manat olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 3,1 faiz çoxdur.

Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 3277 manat olub.

Həmçinin ötən il muxtar respublikada 467 milyon 196 min 300 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ildəki göstəricidən 8,2 faiz azdır. Sənaye məhsulunun 406 milyon 362 min 400 manatı və ya 87,0 faizi malların, 60 milyon 833 min 900 manatı və ya 13,0 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 81,5 faizi emal, 16,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Editor

Related Posts