Deputat: “Rusiyanın mövqeyi dəyişməzsə, Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək”

Deputat: “Rusiyanın mövqeyi dəyişməzsə, Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək”

“Əgər Rusiyanın qeyri-konstruktiv mövqeyi dəyişməzsə, o zaman Azərbaycanın irəli sürdüyü tələblərin icrasını və ən vacibi isə ədaləti təmin etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək. Təyyarənin Rusiya tərəfindən vurulması faktı ilkin hesabatda bir daha təsdiqini tapdı. Rusiya bundan dərhal sonra gerçəkliyi qəbul edib günahını etiraf etmək, bu cinayəti törədənləri cəzalandırmaq, dəymiş ziyanı və o cümlədən zərərçəkənlərə müvafiq kompensasiyanı ödəmək əvəzinə, məsuliyydən yayınmaq və hadisələri təhrif etmək taktikasını davam etdirir”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu, Real TV-nin efirində Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputat qeyd edib ki, kifayət qədər dəlil olduğuna görə beynəlxalq məhkəmə Azərbaycanın müraciətini qəbul edəcəyinə şübhə yoxdur.

Bu gün Kremlin sözçünü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.
“Xeyr, heç bir plan yoxdur”, – deyə o, Azərbaycan mətbuatında Rusiyanın insidentə görə məsuliyyəti öz üzərinə götürməsi təklifi ilə çıxış edən KİV-lərlə bağlı sualı cavablandırıb.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan Embaer-190 təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub.

Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər. Buna görə, Azərbaycan Rusiyadan qəzaya görə günahkarların cəzalandırılmasını və kompensasiya tələb edir.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında qəzanın bu ölkənin səmasında baş verməsinə görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.

Editor

Related Posts