Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Ermənistan Aİ-yə doğru gedir. Parlament qanun layihəsini təsdiqlədi

Ermənistan Aİ-yə doğru gedir. Parlament qanun layihəsini təsdiqlədi

Ermənistan parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Səsvermə zamanı layihəni 63 deputat dəstəkləyib, 7 deputat əleyhinə olub.

“İnterfaks” qeyd edir ki, hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri sənədin lehinə səs veriblər. Müxalif “Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib, digər müxalifət fraksiyaları isə qanun layihəsinin əleyhinə səs verib.

Yanvarın 9-da qanun layihəsi Ermənistan hökuməti tərəfindən təsdiqlənib.

Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, qanun layihəsi “sözün birbaşa mənasında Ermənistanın Avropa İttifaqına üzvü olacağı demək deyil” və bu məsələ ilə bağlı qərar “yalnız referendumla qəbul edilə bilər”.

“Qanun qəbul edildikdən sonra biz Aİ ilə onların təsəvvür etdiyi və bizim təsəvvür etdiyimiz yol xəritəsini müzakirə etməliyik”, Paşinyan bildirib.

Editor

Related Posts