Yola saldığımız 2024-cü ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 125 milyon barel (16 milyon ton) və ya gündə orta hesabla 342 min barel neft hasil edilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2023-cü ildəki analoji rəqəmlərlə müqayisədə ötən il neft hasilatı 6% və ya 8 milyon barel az olub.
Məlumat üçün onu da qeyd edək ki, 2023-cü ildə 133 milyon barel neft hasil edilib və bu da 2022-ci illə müqayisədə 12,5% və ya 19 milyon barel az olub.
2024-cü ildə AÇG-də ümumilikdə 148 neft hasilat quyusu və 46 qaz və su injektor quyusu istismarda olub.
Son 13 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı aşağıdakı kimi olub:
