Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvan Qızlar Liseyinin şagirdi Nuray Cabbarlı ABŞ-də təhsil almaq hüququ qazanıb

Naxçıvan Qızlar Liseyinin şagirdi Nuray Cabbarlı ABŞ-də təhsil almaq hüququ qazanıb

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Cabbarlı FLEX proqramına qəbul olaraq növbəti ildən Amerika Birləşmiş Ştatlarında təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, FLEX proqramı çərçivəsində tələbələr ABŞ-da yerləşən orta məktəblərdə bir illik təhsil alırlar. Bu təhsil ili ərzində tələbələr yalnız akademik biliklər deyil, həm də mədəniyyətlərarası təcrübələr qazanır, müxtəlif sosial fəaliyyətlərdə iştirak edirlər. FLEX proqramını uğurla başa vurmuş tələbələr, daha sonra ABŞ universitetlərinə müraciət etmək üçün əhəmiyyətli bir təcrübə və biliyə sahib olurlar.

Məlumat üçün bildirək ki, Nuray Cabbarlı FLEX proqramı üzrə 22 ölkədən 35000 namizəd arasından seçilən 1000 finalistdən biridir.

Editor

Related Posts