Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

DTX əməliyyat keçirib, MİDA-nın adından istifadə edənlər ifşa olunub

DTX əməliyyat keçirib, MİDA-nın adından istifadə edənlər ifşa olunub

Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan vətəndaşı Kənan Urfan oğlu Şərifov Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o, digərləri ilə birlikdə Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

K.Şərifov barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Editor

Related Posts