Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

AZAL təyyarəsi ilə bağlı hesabat dekabra qədər hazır olacaq

AZAL təyyarəsi ilə bağlı hesabat dekabra qədər hazır olacaq

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı 2025-ci ilin dekabr ayına qədər hazır olacaq.

Birinci24 informasiya agentliyi Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Talqat Lastaev Astanada keçirilən mətbuat konfransında bildirib.

“Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinəŞ standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq, istintaq bir il davam edir. Buna görə də, yekun istintaq hesabatı 2025-ci ilin dekabr ayına qədər tamamlanacaq”, – deyə Lastaev qeyd edib.

Xatırladaq ki, qəza ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Editor

Related Posts