Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Çempionlar Liqası: “Araz-Naxçıvan” bu gün Serbiya klubu ilə qarşılaşacaq

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ikinci görüşündə Serbiya “Loznika Qrad”ı ilə üz-üzə gələcək.

Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər görüşündə Bosniya və Herseqovina “Mostar”ı İsveç “Erebru”su ilə qarşılaşacaq.

Çempionlar Liqası

Əsas mərhələ, II tur

27 oktyabr

19:30. “Loznika Qrad” (Serbiya) – “Araz-Naxçıvan” (Azərbaycan)

Qeyd edək ki, “Araz Naxçıvan” ilk matçda “Erebru”ya 2:5 hesabı ilə uduzub.

admin

Related Posts