Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Ancelina Coli Bred Pittin keçmiş həyat yoldaşını hədəf aldı

Ancelina Coli Bred Pittin keçmiş həyat yoldaşını hədəf aldı

Amerikalı aktrisa Ancelina Coli “Oskar” mükafatına namizəd göstərilməməsində Bred Pittin keçmiş həyat yoldaşı Cennifer Enistonu günahlandırıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, A.Coli “Mariya” filmində baş rolu oynayıb, amma mükafata namizəd göstərilməyib.

Aktrisa güman edib ki, filmdə iştirak onu Hollivudun zirvəsinə qaytaracaq. Ulduz sənətçi uğursuzluqda əvvəlcə keçmiş əri B.Pitti ittiham edib, sonra isə qərara gəlib ki, C.Enistonun bu işdə əli var və bu yolla ondan qisas ala bilər. Məsələ burasındadır ki, A.Coli 20 il əvvəl B.Pitti C.Enistonun ailəsindən ayırmışdı.

A.Coli qərara gəlib ki, Hollivud səkkiz il ərzində qalmaqallı şəkildə boşandığı B.Pittin tərəfində durub. Bundan başqa, aktrisa hesab edir ki, B.Pitt kampaniya başladaraq onu xoşagəlməz vəziyyətdə göstərmək istəyib, C.Eniston isə bu işdə ona kömək edib.

Editor

Related Posts