Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan ötən ilin sonuna kimi ümumi gəlirləri 207.3 milyard ABŞ dolları təşkil edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə bu gün, martın 6-da 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə bildirilib.
Hərçənd ötən ilin göstəricilərinə görə, Fondda yığılan 207 milyard dollardan cəmi 60 milyard qalıb.
ARDNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb.
Fondun hesabatlarında ona daxil olan vəsaitlərdən çəkilən xərclərin böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb.
Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.