Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın həbs edildi

Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın həbs edildi

Qazaxıstanda 56 nəfərin böyrəyini satdığına görə 12 il müddətinə azadlıqdan məhrum edilən ukraynalı qadın Polşada həbs edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, 35 yaşlı Kseniya P. Ukrayna ilə dəmir yolu keçidində Polşa sərhədçiləri tərəfindən saxlanılıb. O, 2020-ci ildən İnterpol tərəfindən axtarışda olub.

Qadın 2017-2019-cu illər arasında qeyri-qanuni yolla insanların toxuma və orqanlarını çıxararaq qara bazarda satan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü olub.

Dəstənin qurbanları arasında Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olanlar da olub.

Editor

Related Posts