Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Türkiyə-Ermənistan sərhədi 10 günlük açılır

Türkiyə-Ermənistan sərhədi 10 günlük açılır

Türkiyə-Ermənistan sərhədi martın 21-dən 31-dək açıq olacaq.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ermənistandan Suriyaya humanitar yüklərin göndərilməsidir.

“Suriyaya humanitar yüklərin bu ölkə ərazisindən göndərilməsi üçün Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi martın 21-dən 31-dək fəaliyyətdə olacaq”, – məlumatda deyilir.

Qeyd olunub ki, Ermənistan Respublikası və Suriya Ərəb Respublikasının müvafiq idarələrinin nümayəndələri arasında keçirilən işçi görüşlər nəticəsində Ermənistanın Suriyaya humanitar yardım göstərməsi məsələsində razılıq əldə olunub.

“Bu qərar layihəsinin qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndəriləcək humanitar yardım yüklərinin Türkiyə ərazisindən quru yolu ilə daşınması zərurəti ilə şərtlənir”, – hökumətin məlumatında qeyd olunur.

Editor

Related Posts