AZAL təyyarəsinin Aktau yaxınlığında faciəli şəkildə qəzaya uğramasından üç ay sonra hava gəmisinin kapitanı İqor Kşnyakinin ailəsi faciə yerinə gedib.
Mərhum komandirin həyat yoldaşı Yana Kşnyakinanın verdiyi məlumata görə, bu onların qəza yerinə ilk səfəri olub.
Y.Kşnyakina qeyd edib ki, bu kədərli gündə həlak olanların xatirəsini yad etmək onlar üçün vacib idi.
Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.






