Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Bakıda “Rus Evi” yenidən açılır? – Moskvadan reaksiya

Bakıda “Rus Evi” yenidən açılır? – Moskvadan reaksiya

Moskva və Bakı Azərbaycandakı “Rus Evi” ilə bağlı kompromis axtarırlar, hamı konstruktiv və işin bərpa olunacağına nikbindir.

Birinci24 informasiya agentliyi Publika.az-a istinadən xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib.

“Biz Azərbaycan tərəfi ilə kompromis axtarmaqda davam edirik. Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv mövqedəyik və kifayət qədər nikbinik ki, tammiqyaslı iş bərpa olunacaq”, – Primakov “Russia Today” media qrupunun mətbuat mərkəzində deyib.

O əlavə edib ki, Rusiya və Azərbaycan əvvəllər “Rus Evi”nin qeydiyyatı formatını müzakirə ediblər: hüquqi şəxs və ya NPO kimi.

“Bakıdakı “Rus Evi” uzun illərdir ki, respublika hökuməti qarşısında bütün zəruri öhdəlikləri, o cümlədən hüquqi öhdəlikləri yerinə yetirərək uğurla fəaliyyət göstərir. Bununla belə, informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında 1997-ci il tarixli hökumətlərarası sazişdə açıq şəkildə qeyd olunub ki, bu mərkəz Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – deyə Primakov bildirib.

Editor

Related Posts