Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

Təqaüdə göndərilən Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq

Təqaüdə göndərilən Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq

Hərbi prokuror Xanlar Vəliyev təqaüdə göndərilib və Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq

Birinci24 informasiya agentliyinin xəbərinə görə, bu barədə təqdimat Milli Məclisə daxil olub.

Media yazır ki, Xanlar Vəliyev aprelin 8-də səlahiyyət müddəti başa çatdığı üçün təqaüdə göndərilib.
20 ildir bu vəzifədə olan 70 yaşlı Vəliyev bu ilin martında ölkə prezidentinin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

Aprelin 7-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin artırılması ilə bağlı qanun da imzalayıb.

Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.

Xanlar Vəliyevin adı hərbi qulluqçulara işgəncə verilməsi və onların qanunsuz azadlıqdan məhrum edilməsi ilə bilinən “Tərtər işi”ndə təşkilatçılarından biri kimi çəkilir.

“Tərtər işi” 2017-ci ilin may ayında baş verib. Bu zaman Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edərək inşgəncələrə məruz qalıb və onlardan Ermənistanın xeyrinə casusluqla məşğul olmalarıyla bağlı etiraf tələb edilib. 
İşgəncələr nəticəsində 11 nəfərdən çox hərbi qulluqçunun həyatını itirdiyi bildirilir.

Xanlar Vəliyev 2021-ci ildə açıqlama verib və işgəncə hallarını etiraf edib.

Lakin o, “erməni xislətli şəxslərin” bilərəkdən “Tərtər işi”ni şişirdiklərini və “tamamilə əsassız şəkildə bu məsələni gündəmə gətirməyə çalışdıqlarını” da əlavə edib.

Editor

Related Posts