Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Zülfiyyə İbadova:”Sponsora dedim ki, geyimimə ərim qarışa bilər”

Zülfiyyə İbadova:”Sponsora dedim ki, geyimimə ərim qarışa bilər”

“Bahalı hədiyyələrdən çox qorxuram. Rusiyadan bizə qonaq gəlmişdi. Dedi ki, istəyirəm sizə sponsorluq edəm, mahnılar, konsert, nə istəyirsiniz edək. Pul barəsində dərdiniz olmayacaq”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova “Tarixin bir günü” verilişində deyib. İfaçı ona sponsorluq etmək istəyən şəxsdən danışıb:

“Mən də varlı ailənin qızı olmamışam. Traktorçunun qızı, zülmlə pul qazanalardan olmuşam. Dedim, geyimimə qarışmayacaqsınız? Cavab verdi ki, müəyyən şeylər var, etməliyik. Dedim, siz mahnıya qarışa bilərsiniz, geyim tələb edə bilməzsiniz. Geyimimə həyat yoldaşım qarışa bilər.

Əsl qadın ərinin papağını uca tutandır. Dünyaya uşaq gətirməklə deyil. Demək olmaz uşaq dünyaya gətirdim, hər istədiyimi edə bilərəm”.

Editor

Related Posts