Tovuzun Rafael İsmayılov adına Düz Cırdaxan kənd məktəbinin 7-ci sinfindəki bir neçə şagird soba tüstüsündən zəhərlənib.

Hadisə aprelin 11-də baş verib və şagirdlər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
APA xəbəri Qazax-Tovuz Regional Təhsil İdarəsinə istinadən yayıb.

Bildirilib ki, hadisə qaz sobasından dəm qazının sızması nəticəsində baş verib.
2024-cü ilin dekabrında Tovuzun Aşağı Quşçu kəndindəki 1 nömrəli məktəbinin 2 sinfində pelet sobasının tıxanması və tüstülünməsi nəticəsində 70-ə yaxın şagird və müəllim zəhərlənmişdi.