Ötən gün Bakıda baş verən sensasiyalı qəzanın təfərrüatları bəlli olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, qəza zamanı taksidə olan sərnişin Sevda Həşimova ARB-yə danışıb.
“Bolt” taksi çağırdım. Mindim maşına. Beş dəqiqə getmişdik, gördüm, sürücü maşının içində pis səslər çıxarır. Ayağı ilə qaza basdı. Körpüyə çatdıq, bir də gördüm ki, uçuram”, – o bildirib.
Qeyd edək ki, ötən gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdıb və prospektin əsas hissəsinə düşüb.