Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Tofiq Yaqublu vəkil otağına elektromobildə gətirilib

Tofiq Yaqublu vəkil otağına elektromobildə gətirilib

Vəkili Fəxrəddin Mehdiyev bu gün, aprelin 16-da Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublu ilə görüşüb.

Fəxrəddin Mehdiyev bildirib ki, Tofiq Yaqublu vəkil otağına elektromobildə gətirilib:

“Bugünkü yoxlamada müayinənin nəticəsi belədir. Çəkisi 84 kiloqram 900 qram, saturasiya 94, təzyiq 120/80, ürək döyüntüsü 98, temperatur 36.1-dir. Bildirməsinə görə, onda ümumi halsızlıq, taqətsizlik, başgicəllənmə əlamətləri var. Küt mədə ağrılarından şikayət edir. Aprelin 15-də ondan qan analizi götürülüb, hələlik, nəticə bəlli deyil”.

Vəkilin açıqlamasına Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Bu, Tofiq Yaqublunun həbsdə ilk aclıq aksiyası deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Siyasətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apelyasiya Məhkəməsinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.

Tofiq Yaqublu daha öncə də – 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə Prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən Prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Editor

Related Posts