Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

“Mançester Siti” “Real Madrid”in qapıçısına “elçi” düşüb

“Mançester Siti” “Real Madrid”in qapıçısına “elçi” düşüb

İngiltərənin “Mançester Siti” komandası “Real Madrid”in (İspaniya) qapıçısı Andriy Lunini transfer etmək üçün çalışmalara başlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, “şəhərlilər” ukraynalı qolkiperin meneceri ilə ilkin danışıqlar aparıb. Premyer Liqa təmsilçisi 26 yaşlı futbolçuya görə 20 milyon avro ödəməyə hazırdır.

Almaniyanın “Bavariya” komandası da A.Lunini heyətinə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, Ukrayna millisinin üzvü “Real Madrid”in heyətində bu mövsüm 24 matçda meydana çıxıb.

Editor

Related Posts