Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Azərbaycanın daxili və xarici dövlət borcu – Açıqlandı

Azərbaycanın daxili və xarici dövlət borcu – Açıqlandı

2025-ci il 1 aprel tarixinə Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 5075 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən, bu dövrdə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkənin daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18001,3 milyon manat olub və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.

Beləliklə, bu ilin 1 aprel tarixinə Azərbaycanın ümumi dövlət borcu 26.628,8 milyon manat təşkil edib.

Editor

Related Posts