“ABŞ Prezidenti Donald Trampın hazırda belə bir addımı dəstəkləməyə hazır olmadığı barədə xəbərdarlığına baxmayaraq, İsrail İranın nüvə obyektlərinə hücumu istisna etməyib”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan İsrail rəsmisinə və məsələ ilə tanış olan iki nəfərə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, son aylar ərzində İsrail Tramp administrasiyasına İranın müxtəlif intensivlikli nüvə obyektlərinə qarşı əməliyyatlar, o cümlədən hava hücumları və xüsusi təyinatlıların tətbiqi ilə bağlı bir sıra təkliflər təqdim edib. Qismən bu planlar İsrailin ABŞ-nin keçmiş prezidenti Co Baydenə təklif etdiyi planları təkrarlayır. Mümkün tarixlərə yazın sonu-yay daxildir.
Nəşrin məlumatına görə, İsrail rəsmiləri hazırda məhdud əməliyyata meyl edirlər, lakin istənilən halda İsrail ən azı İrandan cavab zərbələri endirəcəyi təqdirdə ABŞ-nin dəstəyini təmin etməli olacaq.