Aprelin 27-də Bakıda siyasi məhbuslara azadlıq tələbilə kütləvi mitinq təyin edilib

Aprelin 27-də Bakıda siyasi məhbuslara azadlıq tələbilə kütləvi mitinq təyin edilib

Hüquq müdafiəçilərinin hesabatına görə, ölkədə 360-dək siyasi məhbus var və sistemli repressiyalar davam edir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, aprelin 27-də Bakıda Tofiq Yaqublu və bütün siyasi məhbuslara azadlıq tələbilə kütləvi mitinq keçirilməsi nəzərdə tutulur.

Mitinqi Azərbaycancan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura təyin edib. Saat 15:00-da “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulan mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

“Tofiq Yaqublunu xilas etmək üçün xalqın özündən başqa heç bir çarə qalmayıb. Ona görə də 27 aprel, saat 15:00-a “Məhsul” stadionuna mitinq təyin etdik. Xalqın dinc şəkildə mitinqə toplaşıb fikrini ifadə etməsinə imkan verilməlidir.

İlham Əliyev hökuməti azacıq cəsarətli olsun, illərlə davam edən repressiyalarla taqətdən saldığı, əli-qolu bağlı müxalifətin təşkil edəcəyi mitinqdən də ehtiyatlanmasın. Rejimin dələduz elan etdiyi Tofiq Yaqubluya xalq sevgisilə meydanlarda üzləşsin”, – AXCP sədri Əli Kərimli bildirib.

Yerli Hüquq müdafiəçilərinin hesabatına görə Azərbaycanda 360-dək siyasi məhbus var. Onlardan biri də 8-ci dəfə həbs olunan siyasətçi Tofiq Yaqubludur. Yaqublu həbsinin qanunsuz olduğunu bildirir və buna etiraz olaraq 19 gündür aclıq edir.

Editor

Related Posts