“Sevərək ailə qurmamışam”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri Əməkdar artist Sahib İbrahimov deyib.
Sənətçinin ailəsi ilə bağlı etirafı diqqət çəkib:
“Həyat yoldaşımla bir kənddənik. Demək olar ki, yaxın qonşuyuq. Qismət oldu biz görüşdük. Evdə dörd uşaq olmuşuq – üç qardaş və bir bacı. Mən evin sonbeşiyiyəm. Böyük qardaşım Qərib bəyin 70 yaşı var. Valideynlərim yaşlandığına görə 21-22 yaşımda məni evləndirmək qərarına gəldilər. Onlar mənim toyumu görmək istəyirdilər. Onları dediyi kimi də oldu və mən 22 yaşımda ailə qurdum”.