Zaqatalada körpə doğuş zamanı öldü

Zaqatalada körpə doğuş zamanı öldü

Aprelin 20-də saat 08:50 radələrində 1992-ci il təvəllüdlü, Muxax kənd sakini 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

“Baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb, cinsi oğlan, çəkisi 2.700 qram, boyu 50 sm. olan ölü döl xaric olunub”, – deyə qeyd olunub.

Bildirilib ki, hazırda ananın vəziyyəti stabildir.

Editor

Related Posts