Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Marketlərdə 16 qəpiyə satılan yumurta Birləşmiş Ərəb Əmirliklərinə 10 qəpiyə ixrac edilib

Marketlərdə 16 qəpiyə satılan yumurta Birləşmiş Ərəb Əmirliklərinə 10 qəpiyə ixrac edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ümumi dəyəri 1 milyon 224 min dollar olan 20 milyon 505,6 min ədəd yumurta ixrac edilib.

Birinci24 informasiya agentliyi açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6 sent (10 qəpik) olub.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda daxili bazarda satılan yumurtanın 1 ədədinin pərakəndə satış qiyməti 16 qəpik təşkil edib.

Onu da qeyd edək ki, ötən il yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətlərlə ixrac edilib:

Rusiya – 48 milyon 654 min ədəd (14,5 qəpiyə);
Birləşmiş Ərəb Əmirlikləri – 34 milyon 146 min ədəd (13 qəpiyə);
İraq – 1 milyon 80 min ədəd (13,4 qəpiyə).

Editor

Related Posts