Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Bu ilin I rübündə 8 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Bu ilin I rübündə 8 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Cari ilin birinci rübündə əlilliyi olan 8 min 700 uşağa reabilitasiya xidmətləri göstərilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi uşaqlardan 5 900 nəfəri ambulator, 431 nəfəri stasionar, digərlərini isə icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb edib.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı, habelə Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Editor

Related Posts