İtaliyanın “Milan” komandasının baş məşqçisi Serjiu Konseysau cari mövsümün sonunda postunu tərk edəcək.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssislə yanaşı, hazırda icarə əsasında kollektivdə çıxış edən Joau Felikş də “Çelsi”yə qayıdacaq.
“Milan” İtaliya A Seriyasında turnir cədvəlində 9-cu yerdə qərarlaşıb. Komanda İtaliya Kubokunda isə mübarizəni davam etdirir. “Milan” yarımfinalın cavab görüşündə əzəli rəqibi “İnter”lə qarşılaşacaq. İlk matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.