“Miss Azərbaycan”nın qalibi Səmra Hüseynovanın açıqlaması marağa səbəb olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, model ona işbirliyi təklifi edib, qonorar ödəməyə əlləri gəlməyən məşhurları ifşa edib.
Onların bir-bir adlarını çəkən qalmaqallı model Sevil-Sevinc, Səmra Rəhimli və Xalq artsiti Miri Yusifin çəkiliş üçün istədiyi 1000 manat qonorardan boyun qaçırdıqlarını deyib:
“Mövzu klip çəkdirməyə gələndə 1 manat pul vermirlər. Müğənnilər Sevil-Sevinc, Səmra Rəhimli dedilər ki, klipimə qarşılıqlı çəkil, amma istədiyim pulu vermədilər. Mən modeləm, çörək yemirəm? İşim çəkilişdir, necə qazanım? Hələ Xalq artisti, sənətini sevdiyim Miri Yusif…
Dedilər ki, səni klipinə çəkmək istəyir. Həmin vaxt anreksiya idim. Müalicəyə pul lazım idi. O da 1000 manatı mənə çox gördü, ancaq özləri yarım saatı 4-8 minə oxuyurlar”.