Today Cümə, 25th Aprel 2025
Birinci 24

Birinci 24

Mingəçevirdə qadın boşqabla ərinin başını yardı

Mingəçevirdə qadın boşqabla ərinin başını yardı

Mingəçevirdə ailədaxili münaqişə zamanı qadın həyat yoldaşına boşqabla xəsarət yetirib.

Birinci24 informasiya agentliyi Teleqraf-a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində yerləşən evlərdən birində baş verib.

Mübahisə zəminində qadın həyat yoldaşı, 1984-cü il təvəllüdlü şəhər sakini Ramil Hacıağa oğlu İsmayılovun başına boşqabla zərbə endirib.

Nəticədə kişi baş nahiyəsindən ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Ona alın-baş nayihəsində çevik tibbi yardım göstərilib.

Hazırda vəziyyəti barədə əlavə məlumat verilməyib.

Faktla bağlı şəhər hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Editor

Related Posts