Lənkəranda evi ildırım vurub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib. Kənd sakini 1963-cü il təvəllüdlü Şahan Sevdim oğlu Hüseynova məxsus ikimərtəbəli, dörd otaqlı evə ildırım düşüb. Evdə yanğın başlayıb. Yerli sakinlər tərəfindən yanğının qarşısı alınıb.
Sakinlər deyir ki, ilk dəfə idi Lənkəranda belə güclü ilqırım çaxırdı. “İldırım əvvəl həyətdə olan dirəyi vurdu, dirəyə bağlanan naqil vasitəsilə evə keçib”.
Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb. Ev sahibi Rusiya Federasiyasında yaşayır.
