Today Cümə axşamı, 15th May 2025
Birinci 24

Birinci 24

Agentliyin əməkdaşı Qazaxda minaya düşdü

Agentliyin əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Editor

Related Posts