Today Şənbə, 5th İyul 2025
Birinci 24

Birinci 24

Türkiyə C-130-ların Pakistana getdiyi iddialarını təkzib edib

Türkiyə C-130-ların Pakistana getdiyi iddialarını təkzib edib

Türkiyədən havaya qalxdığı iddia edilən 6 ədəd “C-130E Hercules” tipli nəqliyyat təyyarəsinin Pakistana eniş etdiyi iddiası Türkiyənin təhlükəsizlik mənbələri tərəfindən təkzib edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, verilən açıqlamada yalnız bir təyyarənin yanacaq doldurmaq üçün eniş etdiyi bildirilir.

“Pakistan Military” tərəfindən edilən paylaşımda Türkiyədən havaya qalxan 6 ədəd “C-130E Hercules” tipli nəqliyyat təyyarəsinin Pakistana çatdığı iddia edilib.

Ancaq Türkiyənin təhlükəsizlik mənbələri verilən açıqlamada qeyd edilib: “Türkiyəyə məxsus 6 ədəd C-130 hərbi nəqliyyat təyyarəsinin Pakistana eniş etdiyi iddiası həqiqəti əks etdirmir. Yalnız 1 ədəd C-130 yanacaq doldurmaq üçün Pakistana eniş edib”.

İddialar Hindistan və Pakistan arasında mübahisəli Kəşmir bölgəsində toqquşmaların başlamasından sonra ortaya çıxıb. Aprelin 22-də Kəşmirin Pahalqam bölgəsində silahlı yaraqlıların hücumu nəticəsində 26 turist həlak olub. Hücumdan sonra bölgədə genişmiqyaslı hərbi fəaliyyət başlayıb.

Hindistan mənbələri “Əl-Cəzirə”yə hücumun Pakistan tərəfindən həyata keçirildiyini bildirib. Pakistanın idarə etdiyi Kəşmirdə hökumət rəsmisi hərbi qulluqçuların bir-birinə atəş açdığını təsdiqləsə də, ilk kimin atəş açdığını açıqlamayıb.

Hücumdan sonra Hindistan və Pakistan arasında diplomatik və siyasi gərginlik artıb. Pakistan hava məkanını Hindistan hava yolları üçün bağladığını, Hindistana məxsus və ya Hindistan tərəfindən həyata keçirilən bütün uçuşlar üçün hava məkanını bağlamaq qərarına gəldiyini açıqlayıb.

Pakistan, həmçinin aprelin 30-dan etibarən İslamabadda Hindistan diplomatik personalı üçün 30 kvota limiti tətbiq etdiyini açıqlayıb. Digər tərəfdən Hindistanın kritik Hind Suları Müqaviləsini dayandırmaq tələbləri rədd edilib.

Editor

Related Posts