Zelenski: “Biz insan həyatına dəyər veririk, paradlara yox”

Zelenski: “Biz insan həyatına dəyər veririk, paradlara yox”

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Qələbə Günü münasibətilə üç günlük atəşkəs elan etməsini “manipulyasiya” adlandırıb. 

Birinci24 informasiya agentliyinin məlumatına görə, bu barədə “X” səhifəsində yazan prezident deyib ki, Putinə müvəqqəti atəşkəs ona görə lazımdır ki, Qələbə Günü münasibətilə sakit mühitdə hərbi parad keçirsin. 

“Biz insan həyatına dəyər veririk, paradlara yox. Buna görə də, biz və bütün dünya inanır ki, mayın 8-ə qədər gözləmək lazım deyil. Atəşkəs bir neçə gün olmalı deyil ki, sonra qayıdıb adam öldürməyə davam edəsiniz. Atəşkəs dərhal, tamamilə və qeyd-şərtsiz olmalıdır”, – o vurğulayıb. 

Zelenski daha öncə ABŞ tərəfindən irəli sürülən, Putinin isə razı olmadığı 1 aylıq atəşkəs təklifinə hələ də hazır olduqlarını deyib. 

Aprelin 28-də Putin İkinci Dünya Müharibəsindəki qələbənin 80-ci ildönümü münasibətilə mayın 8-dən başlamaqla Ukrayna ilə cəbhə xəttində 3 günlük atəşkəs elan edib.

Editor

Related Posts