Today Bazar ertəsi, 12th May 2025
Birinci 24

Birinci 24

Dövlət Agentliyi 137 600 manata iki ədəd xidməti minik avtomobili alır

Dövlət Agentliyi 137 600 manata iki ədəd xidməti minik avtomobili alır

“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” 2 ədəd sedan tipli minik avtomobili satın alacaq.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu deyilən“Toyota Abşeron Center” MMC (VÖEN: 3101648411) şirkəti ilə satınalma müqaviləsi imzalanıb.

Dövlət satınalmalarının vahid internet portalında qeyd edilən müqaviləyə görə, agentlik “Toyota Abşeron Center” MMC-dən 137 600 manata iki ədəd sedan tipli xidməti minik avtomobili alacaq.

“Toyota Abşeron Center” şirkəti Azərbaycanda Toyotanın “Corolla, Camry, Toyota C-HR, RAV4, Highlander, Land Cruiser, Fortuner, Hilux, Yaris Cross və Proace City” avtomobil modellərinin rəsmi idxalçısıdır.

Editor

Related Posts