Today Çərşənbə, 7th May 2025
Birinci 24

Birinci 24

Tramp özünü Roma Papası kimi təqdim etdi

Tramp özünü Roma Papası kimi təqdim etdi

ABŞ Prezidenti Donald Tramp özünü Roma Papası kimi təqdim edən şəklini “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, çox güman ki, neyroşəbəkələrdən istifadə edilməklə hazırlanan şəkildə Trampın Papa paltarında qızılı stulda oturduğu əks olunub. Prezidentin sinəsində qızıl xaç, başında isə dəfnə çələnginin simvolu olan katolik mitri var.

Tramp fotonun altında heç bir şərh yazmayıb.

Aprelin sonunda Tramp zarafatla yeni Papa olmağa hazır olduğunu bildirib. Tramp həmçinin əlavə edib ki, pontifik vəzifəsinə namizədlər arasında heç kimə üstünlük vermir.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də vəfat edib. Onun 88 yaşı var idi. Aprelin 26-da Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda pontifikin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Katolik Kilsəsinin rəhbərinin vəsiyyətinə əsasən, o, Romadakı Santa Mariya Maggiore bazilikasında dəfn edilib.

Aprelin 28-də Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni elan edib ki, kardinallar konklavı mayın 7-də yeni Roma Papasını seçmək üçün toplanacaq. Seçki Vatikanda ənənəvi olaraq Sikstin kapellasında baş tutacaq. Onun sözlərinə görə, dünyanın hər yerindən yaşı 80-dən aşağı olan 135-ə yaxın kardinal iştirak etmək hüququna malikdir.

Editor

Related Posts