Today Çərşənbə, 7th May 2025
Birinci 24

Birinci 24

Azərbaycan klublarından “Traktor”a – Təbriklər

Azərbaycan klublarından “Traktor”a – Təbriklər

Təbrizin “Traktor” klubu tarixində ilk dəfə İran Pro Liqasının çempionu olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, “Traktor”un uğuru ölkəmizdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Azərbaycanın “Qarabağ”, “Neftçi”, “Zirə”, “Turan Tovuz” və başqa klubları təbrizliləri təbrik edib. Bununla bağlı rəsmi səhifələrdə paylaşım edilib.

Qeyd edək ki, “Traktor” sona 2 tur qalmış ən yaxın rəqibi “Sepahan”la xal fərqini 8-ə çatdırıb. Ötəngünkü oyunda Təbriz klubu “Şəms Azar”i (Qəzvin) dörd cavabsız qolla darmadağın edib.

Editor

Related Posts