“Sülh müqaviləsi Zəngəzur dəhlizi açıldıqdan sonra imzalanacaq”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Ermənistanla Azərbaycan arasında açıq platformalardakı görüşlər əvvəlki intensivlikdən qat-qat azalıb.
Deputatın fikrincə, Azərbaycanın sülh danışıqlarında məhz konstruktiv mövqe göstərməsi düzgün bir yanaşma idi: “Əslində hər zaman belə bir düşüncə hakimdir ki, sülh müqaviləsi Zəngəzur dəhlizi açıldıqdan sonra mümkün olacaq. Yalnız o halda bu proses inandırıcı xarakter daşıyacaq ki, o sənəddə nəinki Minsk qrupunun, digər məsələlərin də həlli reallaşacaq”, – Zahid oruc vurğulayb.