Today Çərşənbə, 7th May 2025
Birinci 24

Birinci 24

Mahaçqalada naməlum şəxslər polis patruluna hücum edib, ölənlər var

Mahaçqalada naməlum şəxslər polis patruluna hücum edib, ölənlər var

Mahaçqalada naməlum şəxslər polis ekipajına hücum ediblər. Onlarla polis əməkdaşları ilə atışma olub, itkilər var.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dağıstan rəhbəri Sergey Melikov da atışma baş verdiyini təsdiqləyib:

“Mahaçqalada atışmanın hansı şəraitdə baş verdiyini araşdırırıq. İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları maşını saxlamağa cəhd ediblər, lakin sürücü tabe olmayıb və onlara atəş açıb. Ölənlər var”.

Hücum edənlərin polis avtomobilini oğurlayaraq oradan qaçdıqları bildirilir. 

İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisinin öldürüldüyü, daha ikisi isə polis maşını ilə hadisə yerindən qaçdığı deyilir.

Dağıstan Səhiyyə Nazirliyinin məlumatına görə, bir polis hadisə yerində ölüb, daha iki polis xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, 17 yaşlı qız da daxil olmaqla iki mülki şəxs yaralanıb.

Editor

Related Posts