ABŞ Prezidenti Donald Tramp iki həftə ərzində ABŞ-nin İrana zərbə vurub-vumayacağına qərar verəcək.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit keçirdiyi brifinqdə deyib.
Trampın sözlərinə görə, Tehranla danışıqlar ehtimalı qalır.
“İranla danışıqların yaxın gələcəkdə ola və ya olmaya biləcəyinə böyük ehtimal oduğuna əsaslanaraq, mən yaxın iki həftə ərzində qərar verəcəyəm”, – Levitt ABŞ prezidentinin sözlərini çatdırıb.
“The Wall Street Journal” yazır ki, Tramp ABŞ-nin İrana zərbə endirmə planını təsdiqləsə də, yekun əmri verməyib. ABŞ prezidenti yüksək rütbəli köməkçilərinə deyib ki, o, hücum planlarını təsdiqləyib, lakin Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini görmək üçün hələlik bu planı dayandırır.