
İfaçı Gülay Zeynallı boşanma xəbərinə aydınlıq gətirib.
“Mən o xəbərləri oxumuram. Hər sənətin peşəkarı olduğu kimi, qeyri-peşəkarı da var. Sözlərim cəmi müxbirlərə aid deyil. Amma yaxşı olar ki, jurnalistlər bir məsələni aydınlaşdırıb, sonra nəyisə yazsınlar. Ailəmizdə hər şey əladı. 4 ildir ki, evliyik və çox xoşbəxtik. Hər şeydən öncə bizim bir balamız var, Allah hər kəsə gözəl ailə və gül ətirli övladlar nəsib etsin”