Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 162 milyon 315 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 6 % azdır.
Sənaye məhsulunun 130 milyon 808 min 100 manatı və ya 80,6 %-i malların, 31 milyon 507 min 800 manatı və ya 19,4 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 76,7 %-i emal, 20,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.