
Bakıda mopedlə narkotik vasitələrin satışını həyata keçirən şəxs müəyyən olunaraq istintaqa cəlb edilib. Ondan 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb. O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edib.