Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kərimovanın atası ilə bağlı kövrək xatirəsi

Əməkdar artist Könül Kərimova dünyasını dəyişən atası barədə danışaraq, kövrək anlar yaşayıb.

Sənətçi payızı sevməməsinin səbəbinin də elə valideyni ilə bağlı olduğunu bildirib. Bu haqda müğənni “7 canlı” verilişinə qonaq olarkən danışıb.

“Payız gələndə mən çox həssas oluram. Atamı payızda görürdüm, nazik bir plaşı var idi. Ağlım kəsəndən bəri onun qalın geyimlərini görmədim. Həmişə atam işə gedəndə arxasınca baxırdım, hiss edirdim ki, üşüyür. Çünki geyimi nazik idi. Ona görə də heç vaxt sevmirəm bu payız fəslini. Ən əsas da küləyi…”.

admin

Related Posts